AZ

Azərbycan Ordusu bu döyüşündən sonra... - Martirosyandan şok

Məğlubiyyətin qiyməti var. 2022-ci ilin sentyabr müharibəsinin siyasi nəticələri hərbi nəticələrdən az faciəli olmadı.
BUTA.TVGlobalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni ictimai xadim Vahram Martirosyan yazıb. Onun sözlərinə görə, məhz Cermuk döyüşlərində Azərbaycan Ordusunun qazandığı qələbə Ermənistanı Qarabağın üzərində rəsmi Bakının suverenliyini tanımağa məcbur edib: “Bu döyüşdə məğlub olan tərəf (Ermənistan - red.) bir neçə həftə sonra Praqada “artsax”ı (keçmiş qondarma rejim - red.) Azərbaycanın bir hissəsi kimi tanıyaraq Cermuk müharibəsini dayandırmağın bədəlini ödədi”. “Qarabağ Cermukda təslim edildi. Onlar üçün bu, sadəcə olaraq, “döyüşdən sonrakı döyüş” idi. Biz bu döyüşü dayandırmağın bədəlini ödədik”, - Martirosyan vurğulayıb. Qeyd edək ki, 2022-ci ilin 12-14 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdiyi təxribatlara Azərbaycan Ordusu adekvat cavab verib. Döyüşlər zamanı Ermənistan tərəfi azı 300-ə qədər hərbi qulluqçu, xeyli sayda texnika itirib.
Seçilən
36
5
buta.tv

6Mənbələr