AZ

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Türkiyənin Xarici İşlər Nazirliyi Bakının işğaldan azad edilməsinin 107-ci ildönümü ilə əlaqədar Azərbaycanı təbrik edib.


Manset.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in “X” hesabında paylaşım edilib. 

“Can Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin 107-ci ildönümü münasibətilə azərbaycanlı bacı və qardaşlarımızı səmimi qəlbdən təbrik edirik. Müstəqillik uğrunda canını fəda edən bütün şəhidlərimizi hörmət və ehtiramla yad edirik”, - paylaşımda qeyd olunub.

Seçilən
9
38
manset.az

10Mənbələr