AZ

“Fənərbaxça” “Trabzonspor”u məğlub etdi - Video

Türkiyə Super Liqasında V turun oyunları keçirilir.

News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, turun mərkəzi qarşılaşmasında “Fənərbaxça” doğma meydanda “Trabzonspor”u qəbul edib. İstanbul təmsilçisi yeni baş məşqçisi Dominiko Tedesko ilə çıxdığı ilk matçdan 1:0 hesablı qələbə qazanaraq ayrılıb.

Qeyd edək ki, “Fənərbaxça” 10 xalla 2-ci, eyni xala sahib “Trabzonspor” isə 3-cü pillədə qərarlaşıb. İstanbul təmsilçisi 1 oyun az olmaqla lider “Qalatasaray”dan 5 xal geri qalır.

Türkiyə Super Liqası

V tur

“Fənərbaxça” – “Trabzonspor” 1:0

Qol: Y. En-Nesiri,45

Qırmızı vərəqə: O.Yokuşlu,20 ("Trabzonspor")



Seçilən
98
2
news24.az

3Mənbələr