AZ

NATO nümayəndələri “Zapad-2025” təlimlərini izləyir - ÖZƏL

Belarus Müdafiə Nazirliyinin məlumatına görə, "Zapad-2025" birgə strateji hərbi təlimlərinin praktiki mərhələsini izləmək üçün 23 ölkənin nümayəndələri iştirak edir. Onların arasında ABŞ, Türkiyə və Macarıstan da daxil olmaqla NATO-ya üzv üç dövlətin nümayəndələri var. Olaylar.az xəbər verir ki, bildirilib ki, təlimləri həmçinin üç beynəlxalq qurum - İttifaq Dövləti, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və MDB, eləcə də ATƏT-in Münaqişələrin Qarşısının Alınması Mərkəzinin nümayəndəsi izləyir. Bu iştirak Vyana sənədi-2011 çərçivəsində həyata keçirilir.
Müdafiə Nazirliyi qeyd edib ki, təlimləri 17 ölkənin hərbi-diplomatik nümayəndəlikləri də müşahidə edir. Onların sırasında Azərbaycan, Vyetnam, İran, Qazaxıstan, Çin, Kuba, Serbiya, Sudan, Türkmənistan, Zambiya, Zimbabve, Peru, İndoneziya və digər ölkələr var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
35
olaylar.az

1Mənbələr