AZ

Avtomobillər üçün vergi güzəşti Dövlət Proqramında nə yazılıb?

Yeniavaz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Məlum olduğu kimi, 1 yanvar 2022-ci ildən istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 3 il müddətinə 18%-lik ƏDV-dən azad edilib.

Yeniavaz.com xəbər verir ki, bu ilin sonunda tətbiq edilən güzəşt müddəti başa çatır və güzəşt müddətinin uzadılıb-uzadılmayacağı barədə heç bir rəsmi məlumat açıqlanmayıb.

Qeyd edək ki, rəsmi qurumlar tərəfindən hər hansı bir açıqlamanın verilməməsi avtomobil bazarıda qeyri-müəyyənliyə səbəb olub.

İddia olunur ki, 1 yanvar 2025-ci ildən etibarən hibrid avtomobillərə tətbiq olunan ƏDV güzəşti ləğv olunacağı üçün bu, bazarda qiymət artımına səbəb olacaq. Yaranmış qeyri-müəyyənlikdən istifadə edən bəzi işbazalar isə avtomobil qiymətlərini artırmağa çalışırlar.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Prezidentinin 30 yanvar 2025-ci il tarixli Sərəncamına əsasən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” qəbul edilib. Dövlət Proqramının 5-ci bəndində açıq şəkildə yazılır ki, bu proqramın həyata keçirilməsində əsas məqsədlərdən biri ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin artırılmasıdır. Dövlət Proqramında nəzərdə tutulan məsələlərin icrası üçün ehtimal etmək olar ki, yaxın günlərdə hibrid avtomobillərin idxalı və satışı ilə bağlı nəzərdə tutulan vergi güzəştinin müddəti uzadılacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
33
3
yeniavaz.com

4Mənbələr