AZ

Məhkəmə 130 yaşlı özbək qadının doğum tarixini təsdiqlədi

Yazını böyüt
Yazını kiçilt

Özbəkistan Ədliyyə Nazirliyinin keçirdiyi “Heç bir vətəndaş sənədsiz qalmayacaq” kampaniyası çərçivəsində Kokand Vilayət Məhkəməsi Fərqanənin Buvayda rayonunun Poşşopirim kəndinin sakini Huvaydo Umarovanın doğum tarixini rəsmən təsdiqləyib. Məhkəmə Umarovanın 1895-ci il yanvarın 1-də anadan olmasını tanıyaraq onun 130 illik yubileyini rəsmən elan edib.

Hafta.az-ın yazdığına görə, lakin məhkəmə bu yaşın sənədlə yoxlanılmasının mümkün olmadığını bildirib. Bundan əlavə, heç bir rəsmi arxiv sənədlərinin olmaması səbəbindən Umarovanın Ginnesin Rekordlar Kitabına müraciəti qeyri-müəyyən olaraq qalır.

Umarovanın ailəsi də uzunömürlülükləri ilə seçilir. Onun əri Toşmət Ata 101 il yaşayıb; qohumları Mollaqodir 130 il, Səidniso isə 125 il yaşayıb. Onun böyük nəvəsi Cumaqazinin 70 yaşı var. Huvaydo Umarovanın sağ qalan beş övladı, 32 nəvəsi, 87 nəticəsi və 118 kötücəsi var.

Umarova 2016-cı ildə Özbəkistan Prezidenti tərəfindən “Şöhrət” medalı ilə təltif edilib.

Seçilən
27
hafta.az

1Mənbələr