Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan professional musiqi sənətinin banisi, Müsəlman Şərqində ilk operanın müəllifi, Türk dünyasının görkəmli bəstəkarı, musiqişünas alim, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması haqqında imzaladığı sərəncama əsasən Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən tədbirlər, nəşrlər, təqdimatlar və konsertlər təşkil olunur.
Teleqraf xəbər verir ki, cari il 18 sentyabr tarixində Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Qazi Universiteti, Ankara Musiqi və Gözəl sənətlər Universitetinin dəstəyi ilə Qazi Universitetinin MimarKemaleddin konsert sarayında Azərbaycanda “Milli Musiqi günü” münasibəti ilə “Müsəlman Şərqi"nin ilk opera bəstəkarı, Azərbaycan-Türk dünyası müsiqisiinsimvolu: Üzeyir Hacıbeyli” adlı tədbir keçiriləcək.
Tədbir çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanmış “Azərbaycanlı bəstəkarların piano əsərləri” adlı kitabın təqdimatı və Türkiyədə yaşayan azərbaycanlı sənətçilərin iştirakı ilə dahi Üzeyir Hacıbəyli əsərləri əsasında konsert proqramı təqdim ediləcək.
“Azərbaycanlı bəstəkarların piano əsərləri”adlı kitab Ankara Opera və Balet Teatrının mütəxəssisi Nailə Əhmədova tərəfindən tərtib olunub, nəşrdə bir çox Azərbaycan bəstəkarlarının - Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Soltan Hacıbəyov, Asəf Zeynallı, Səid Rüstəmov, Fikrət Əmirov, Qara Qarayev, Cövdət Hacıyev, Tofiq Quliyev, Vasif Adıgözəlov, Aqşin Əlizadə və b. fortepiano üçün not əsərləri yer alıb.
Kitabın girişində dahi bəstəkar Üzeyir Hacıbəyli, onun yaradıcılığı, musiqi sənətinə verdiyi töhfələrə dair geniş məlumat verilib.
Tədbir çərçivəsində keçiriləcək konsert proqramında Ankara Opera və Baletinin mütəxəssisi, fortepianoçu Nailə Əhmədova, Azərbaycanın əməkdar artisti İslam Manafov, opera sənətçiləri ÖmərTürkmənoğlu, Ali Tuna Güney, Fidan Hüseynova Üzeyir Hacıbəyli əsərlərindən musiqilər ifa ediləcək, Azərbaycan Mədəniyət Mərkəzinin “Zəngəzur” Rəqs Ansamblı Üzeyir Hacıbəyli repertuarından milli rəqslərlə çıxış edəcəklər.