AZ

64 illik rekord QIRILDI

Yazını böyüt
Yazını kiçilt

"Milan"ın yarımmüdafiəçisi Luka Modriç İtaliya çempionatında qol vuran ən yaşlı yarımmüdafiəçi olaraq tarixə düşüb. O, eyni zamanda, "rossoneri" formasını geyinmiş Nils Lidholmun 64 il əvvəl qeydə alınmış rekordunu (38 yaş və 169 gün - 26 mart 1961-ci ildə "İnter"ə qarşı matçda) yeniləyib.

hafta.az xəbər verir ki, bu barədə "Opta Paolo" məlumat yayıb. Bildirilir ki, Modriç İtaliya çempionatının 3-cü turunda "Bolonya" ilə keçirilən matçda (1:0) qol vurub.

Qeyd edək ki, 39 yaşlı Luka Modriç yay transfer pəncərəsində azad agent statusu ilə "Real Madrid"dən "Milan"a keçib.

Seçilən
6
1
hafta.az

2Mənbələr