Bakı, 15 sentyabr, AZƏRTAC
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 13-də və 14-də ümumi çəkisi 15,2 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 26 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.