AZ

"Kəpəz" yenə ilk 4 oyunda xal qazana bilmədi

Misli Premyer Liqasının ilk 4 turu “Kəpəz”in xalsız qalması ilə əlamətdar olub.

"Unikal" xəbər verir ki, Gəncə klubu “Sumqayıt” (0:3), “Karvan-Yevlax” (2:3) və “Zirə”nin (0:5) ardınca “Araz-Naxçıvan”a da uduzub – 0:2.

Qərb təmsilçisi ardıcıl ikinci mövsümdə startdakı 4 turda xal qazana bilmir. Ümumilikdə isə “Kəpəz” tarixində 4-cü dəfə belə halla üzləşib. 2012/2013-cü və 2022/2023-cü illər mövsümlərində də gəncəlilər uğursuz startla üzləşiblər.

Ümumilikdə isə bütün matçlarda texniki məğlubiyyət alan “Gənclik” nəzərə alınmasa, tarixdə 28-ci dəfə bir komanda ilk 4 görüşdə məğlub olub. “Kəpəz” dörd, “Bakı”, “Bakılı”, MOİK və “Şəfa” hərəyə iki, digər 16 komanda bir dəfə belə duruma düşüb.

Seçilən
34
1
unikal.az

2Mənbələr