AZ

Almaniya kəşfiyyatının rəhbəri türk olacaq - O kimdir?

Türkiyə əsilli Zinan Zelen Almaniyanın Konstitusiyanın Mühafizəsi üzrə Federal İdarəsinin (BfV) – ölkənin əks-kəşfiyyat qurumunun yeni rəhbəri təyin olunacaq.

Azreform.info xəbər verir ki, bu barədə "Bild" qəzeti Xristian-Demokratik və Xristian-Sosial İttifaqları blokunun, həmçinin Almaniya Sosial-Demokrat Partiyasının parlament fraksiyalarındakı mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilir ki, sentyabrın 15-də Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt BfV əməkdaşlarını Zelenin təyin olunması barədə məlumatlandıracaq. Hazırda o, qurumun rəhbər müavini vəzifəsini tutur. Əvvəlki rəhbər Tomas Haldenvanq 2024-cü ilin sonunda postundan istefa verərək Bundestaqa (parlament) namizəd olmuşdu, lakin seçilə bilməmişdi.

BfV 75 il əvvəl yaradılıb. Qurumun təxminən 4,2 min əməkdaşı var. Onun əsas vəzifələrinə əks-kəşfiyyat fəaliyyəti, Almaniyanın “azad və demokratik quruluşuna” təhdid yaradan təşkilat və şəxslərə nəzarət daxildir.

Zinan Zelen 1972-ci ildə İstanbulda anadan olub. Onun valideynləri – "Deutsche Welle" (DW) media qrupunun jurnalistləri – o, dörd yaşında olarkən Almaniyaya köç ediblər. Zelen Köln Universitetində hüquqşünaslıq təhsili alıb, Daxili İşlər Nazirliyində və Federal Cinayət Polisi İdarəsində çalışıb. 2019-cu ilin yanvarından BfV rəhbərinin müavini vəzifəsini icra edir.

Miri

Seçilən
20
1
azreform.info

2Mənbələr