AZ

Azad edilən ərazilərdə 129 mina aşkarlanıb

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlbolunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədəhəftəlik (08.09.2025-14.09.2025) məlumat açıqlanıb.

Bu barədə Trend-ə Azərbaycan Respublikasının MinatəmizləməAgentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa,Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı vəZəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmişBağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində118 piyada əleyhinə mina, 11 tank əleyhinə mina, 1 406 PartlamamışHərbi Sursat (PHS) aşkarlanıb.

Qeyd edilib ki, 1 333,8 hektar ərazi mina və PHS-lərdəntəmizlənib.

Seçilən
50
21
az.trend.az

10Mənbələr