AZ

İşləri həmişə tərs gətirən BÜRCƏR: bəxtsizdirlər

Milli.az saytına istinadən ain.az xəbər verir.

Astroloqlar bəzən bəzi bürclərin daim uğursuzluqlarla üzləşdiyini bildirirlər. Onların sözlərinə görə, bu bürclərin nümayəndələri tez-tez planlaşdırdıqları işlərin tərs getdiyini görürlər.

Milli.Az xəbər verir ki, bəxtsiz adlandırılan bürclər arasında ilk sırada Balıqlar dayanır. Həssas və emosional olduqları üçün verdikləri qərarlar çox vaxt düşünülməmiş olur və bu da uğursuz nəticələrə səbəb olur.

Oğlaq bürcü də işləri yolunda getməyənlər sırasına daxildir. Çalışqan olmalarına baxmayaraq, qarşılarına çıxan maneələr səbəbindən zəhmətlərinin qarşılığını istədikləri kimi ala bilmirlər.

Əqrəb bürcünün nümayəndələri isə bəzən öz inadkarlıqları ucbatından çətin vəziyyətə düşürlər. Onların planları çox vaxt gözlənilməz səbəblərdən pozulur.

Astroloqlar hesab edir ki, bu bürclərin nümayəndələri daha soyuqqanlı və səbirli olduqları halda, bəxtsizliklərini uğura çevirmələri mümkündür.

Musa

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
3
news.milli.az

4Mənbələr