AZ

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

Bakı, 15 sentyabr, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə AZƏRTAC-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 13-də və 14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 qumbara, 9 tüfəng və 126 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Seçilən
11
49
azertag.az

10Mənbələr