AZ

ABŞ dan İsrailə xəbərdarlıq Dəstək dayana bilər!

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, ABŞ dövlət katibi Marko Rubio sentyabrın 14-də İsrailə səfər edib. İsrail mediasının məlumatına görə, bu səfər ABŞ-la İsrail arasında münasibətlərin gərginləşdiyi bir dövrə təsadüf edir. Gərginliyin əsas səbəbi isə İsrail Hərbi Hava Qüvvələrinin Dohada HƏMAS-ın qərargahına endirdiyi zərbə olub.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov bildirib ki, Rubionun bu səfəri olduqca vacib və zəruri idi:

“İsraildə ciddi görüşlərin keçiriləcəyi istisna edilmir. Artıq ABŞ Prezidenti Donald Tramp İsrail Baş naziri Benyamin Netanyahu ilə təmaslara girmək istəmir. Onunla dialoq qurmaqdan yayınır. Çünki Netanyahu bütün qırmızı xətləri keçib. İsrailin İrana hücumundan əvvəl də görünürdü ki, iki ölkə arasında ciddi fikir ayrılıqları mövcuddur. 12 günlük müharibə dövründə ABŞ İsrailə dəstək verməyə məcbur idi, lakin bu dəstəyin uzunmüddətli olacağı gözlənilmir.

Kənan Novruzov

Bu baxımdan, İsrailin son günlərdə Qətərdə həyata keçirdiyi hücum növbəti təxribat kimi qiymətləndirilə bilər. Rubionun səfəri rəsmi Təl-Əvivə ciddi xəbərdarlıqdır: əgər bu cür addımlar təkrarlanarsa, İsrail ABŞ-ın dəstəyindən məhrum qala bilər. Çünki bu cür hərəkətlər birbaşa Vaşinqtonun maraqlarına təhlükə yaradır.

Dünyada sülhün təminində maraqlı olan Tramp bu proseslərin nəzarətsiz davam etməsinə göz yummayacaq. ABŞ bundan sonra daha açıq və sərt mövqe sərgiləyə bilər. Ehtimal olunur ki, səfər çərçivəsində İranın nüvə proqramı da müzakirə mövzusu olacaq”.

Safura Bənnayeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
1
globalinfo.az

2Mənbələr