AZ

Prezident İlham Əliyev milli bayram münasibətilə nikaraqualı həmkarını təbrik edib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NikaraquaRespublikasının milli bayramı – Müstəqillik Günü münasibətiləPrezident Daniel Orteqa Saavedraya təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri,

15 Sentyabr – Müstəqillik Günü münasibətilə Sizə və Sizinsimanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ənsəmimi təbriklərimi çatdırıram.

Biz Azərbaycan-Nikaraqua əlaqələrinin inkişafına böyük əhəmiyyətveririk. İnanıram ki, ölkələrimiz arasında münasibətləringenişləndirilməsi, həm ikitərəfli qaydada, həm də beynəlxalqtəsisatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi üçün bundansonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik,işlərinizdə müvəffəqiyyətlər, dost Nikaraqua xalqına daiməmin-amanlıq və rifah arzulayıram."

Seçilən
37
39
az.trend.az

10Mənbələr