AZ

“Bu, regiondakı gərginliyin uzunmüddətli həllinə xidmət etmir”

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Ermənistan hökumətinin Rusiyanın regiondakı hərbi mövcudluğunu qorumaq istiqamətində olduqca passiv və təmkinli mövqe sərgiləməsi təəssüf doğurur. Ermənistan özü üçün təhlükəsizlik arqumenti gətirsə də bu, onun xarici siyasətində müstəqillik və balanslı yanaşma göstərmək əvəzinə Moskvanın dominant rolunu qəbul etməsi kimi qiymətləndirilə bilər. Qarabağ münaqişəsi artıq olmasa da Ermənistan hələ də öz suverenliyində müəyyən məhdudiyyətlər qəbul edir. Bu da onun daxili siyasətində və regional strateji seçimlərində problem yaradır”.

Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Tural İsmayılov söyləyib.

O qeyd edib ki, Rusiyanın yanaşmasına gəlincə, Kremlin Ermənistanı ölkənin tam müstəqil tərəfdaşlığına yox, sadəcə geosiyasi maraqlarını təmin edən “xətt” kimi görməsi aydın görünür: “Rusiya hərbi bazasını çıxarmamaqda israrlıdır, amma bu, əslində Ermənistanın təhlükəsizliyindən çox Kremlin Cənubi Qafqazda təsir dairəsini saxlamaq marağı ilə bağlıdır. Bu da regiondakı gərginliyin uzunmüddətli həllinə xidmət etmir, əksinə, Ermənistanın sanki “siyasi asılılıq” vəziyyətində qalmasına yol açır. Rusiya Ermənistana lazım olan effektiv siyasi dəstək və regional əməkdaşlıq imkanlarını vermir, bunun əvəzinə öz geosiyasi ambisiyalarını ön planda tutur”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
icma.az

1Mənbələr