AZ

Salah "Liverpul"un penalti üzrə rekordçusu oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Liverpul"un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının 4-cü tur matçında 11 metrlik zərbəni dəqiq yerinə yetirərək klub tarixində yeni rekorda imza atıb.
Oxu.Az-ın məlumatına görə, Börnli ilə keçirilən qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Misirli futbolçu İngiltərə çempionatlarında mersisaydlılar üçün 35-ci penaltini reallaşdıraraq, 34 penalti qolu olan əfsanəvi Billi Liddelin rekordunu yeniləyib.
Qeyd edək ki, bu, Salahın Premyer Liqadakı 188-ci qolu olub və 33 yaşlı misirli futbolçu bu nəticə ilə çempionatın tarixində ən yaxşı bombardirlər siyahısında dördüncü pilləyə yüksəlib.
Arne Slotun rəhbərliyi altında "Liverpul" İngiltərə Premyer Liqasının start mərhələsində dördüncü qələbəsini qazanaraq 12 xalla turnir cədvəlində liderliyi ələ keçirib.
Seçilən
15
oxu.az

1Mənbələr