ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının Fövqəladə Birgə Zirvə toplantısında iştirak etmək üçün Qətərə gedir.
"Cebheinfo.az" xəbər verir ki, Prezident Ərdoğan İsrailin qətliam xarakterli hücumlarının dayandırılması ilə bağlı mesajlarını paytaxt Dohada keçiriləcək zirvədə verəcək.
İsrail təxminən 2 ildir Qəzzaya hücum edir. Region ölkələri İsrailin sərhəd tanımayan hücumlarından narahatdır.İsrailin 9 sentyabrda Qətərdəki HƏMAS danışıqlar heyətinə qarşı hücumu bölgə təhlükəsizliyini bir daha təhdid etdi. İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasına üzv ölkələrin liderləri “Fövqəladə Zirvə”də bir araya gəlirlər.
Prezident Ərdoğan İsrailin hücumundan dərhal sonra Qətər Əmiri Əl Sani ilə görüşdü. “Yanınızdayıq” dedi və hücumlara qarşı atılacaq ortaq addımlar müzakirə olundu. İsrailin Qəzzaya 7 oktyabr 2023-cü ildə etdiyi ilk hücumdan sonra bu, üçüncü fövqəladə zirvədir.Zirvə İsrailin 9 sentyabr hücumunun ardından Qətərin çağırışı və İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının sədri olan Türkiyənin dəstəyi ilə təşkil olunur.Zirvədə son vəziyyət qiymətləndiriləcək və İsrailin qətliam xarakterli hücumlarına qarşı hansı addımların atılması müzakirə olunacaq.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.