AZ

Ərdoğan Qətərə gedir

Türkiyə mətbuatının yaydığıməlumataəsasən, sammitdə İsrail Hərbi Hava Qüvvələrinin Qətərdə HƏMAS rəhbərliyini hədəfə alması üzrə danışıqlar baş tutacaq. Hadisə fonunda cari vəziyyət qiymətləndiriləcək, hansı addımların atılması ilə əlaqədar müzakirələr aparılacaq. Sammitdə Rəcəb Tayyib Ərdoğanın da çıxışı gözlənilir.

Bu, 7 oktyabr 2023-cü ildə İsrail-HƏMAS müharibəsinin başlamasından bəri İƏT və ƏDL-nin üçüncü Fövqəladə Sammitidir. Sammit Qətərin təklifi və İƏT-in Xarici İşlər Nazirləri Şurasının sədri qismində Türkiyənin dəstəyi ilə həyata keçirilir.

Xatırladaq ki, sentyabrın 9-da İsrail Hərbi Hava qüvvələri Qətərin paytaxtı Dohada HƏMAS-ın bir sıra ali liderinin toplaşdığı nöqtəyə aviazərbə endirib. Hücumun nəticələri hələlik aydın deyil. Bir sıra dünya lideri, o cümlədən ABŞ Prezidenti Donald Tramp İsrailin bu gözlənilməz hücumunu pisləyərək, İsrail və HƏMAS arasında "atəşkəs danışıqlarına vurulan zərbə" adlandırıb. Digər tərəfdən, Londonda fəaliyyət göstərən ərəbdilli "Asharq Al-Awsat" qəzeti öz mənbələrinə istinadən yazıb ki, HƏMAS, bu hücuma baxmayaraq, Qəzza zolağında atəşkəs danışıqlarını "tələblərinə uyğun şəkildə" yekunlaşdırmağa maraqlıdır.

Sentyabrın 11-də İsrailin "The Jerusalem Post" qəzeti Qətərdəki rəsmi hökumət mənbələrinə istinadən bildirmişdi ki, hadisə ilə əlaqədar yaxın günlərdə Doha şəhərində təcili Ərəb-İslam Sammiti baş tutacaq.

Firudin Həmidli
AzVision.az
Seçilən
18
azvision.az

1Mənbələr