AZ

Ermənistan sərhəd ştamplarından Ağrı dağının təsvirini çıxarır

Ermənilərin “Ararat” adlandırdığı Ağrı dağının rəsviri artıq bu ölkənin sərhəd keçidi ştamplarında yer almayacaq. “PostMedia” xəbər verir ki, yeni qaydalar noyabrın 1-dən qüvvəyə minəcək.

 

Qeyd edilən tarixdən etibarən ştamplarda dağın təsviri olan hissədə Erməni və İngilis dillərində “Ermənistan” sözü, sərhəd keçid məntəqəsinin adı, keçid tarixi və məntəqənin növünü (hava, dəmir yolu və ya avtomobil) göstərən işarələr olacaq.

 

Ekspertlər bu qərarın indiki Ermənistan rəhbərliyinin Türkiyə və Azərbaycanla kommunikasiyaların açılması istiqamətində atılan növbəti addımı hesab edirlər.

 

Qeyd edək ki, Ağrı dağı hazırda Türkiyə ərazisibdə yerləşir. Amma ermənilər illərdir ki, bu dağın onlara məxsus olması iddiası ilə çıxış edirlər.

 

Ağrı dağı 1921-ci il Moskva müqaviləsinə əsasən İrəvan quberniyasının Surmalu qəzasının bir hissəsi kimi Türkiyəyənin tabeliyinə keçib.

Tarix: 15 Sentyabr 2025, 11:18   
Seçilən
41
1
pravda.az

2Mənbələr