AZ

Bağırsaq Dostu Qidalar- Kefir və Qatıq

Kefir və qatığın sağlamlığa olan faydası yalnız tərkibindəki vitamin və minerallarla məhdudlaşmır.

E-saglam.az xəbər verir ki, mütəxəssislər qeyd edir ki, immun sisteminin təxminən 70%-i bağırsaqlarda yerləşir. Buna görə də sağlam bakteriyaların çoxalmasını dəstəkləmək orqanizm üçün son dərəcə vacibdir. Yoğurt və kefir kimi probiotik mənbələr bu bakteriyaların inkişafını təşviq edir və immuniteti gücləndirir.

Gündəlik qidalanmada probiotik əlavələrə də yer vermək tövsiyə olunur. Kefir isə tərkibindəki B qrupu vitaminləri ilə qan yaranmasına kömək edir, yaddaşı gücləndirir və ürək xəstəliklərinə qarşı qoruyucu təsir göstərir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
19
e-saglam.az

1Mənbələr