AZ

Avropa Rusiya ilə müharibəyə qoşulmaq istəmir

ain.az bildirir, Adelet.az portalına istinadən.

Polşanın xariici işlər naziri Radoslav Sikorski bəyan edib ki, "Ukraynaya təhlükəsizlik təminatı vermək,  potenisal düşməni dayandırmaq məqsədi daşıyır". Sikorski hesab edir ki, Avropa Rusiya ilə potensial müharibəyə hazır deyil".

"Elə güman edirlər ki, Rusiya növbəti dəfə Ukraynaya qarşı hər hansı bir addım atarsa, biz onlarla müharibəyə başlaya bilərik. Əgər Rusiyaya qarşı müharibəyə başlamaq istəyirsinizsə, onda bu gün müharibəyə başlamaq lazımdır. Lakin, bunun üçün könüllü irəli atılacaq birini görmürəm. Beynəlxalq əlaqələrdə qarşılııqlı inam yoxdursa, təminat vermək çox təhlükəlidir".

 Xatırladırıq ki, santyabrın 10-da Polşa ərazilərinə dron hücumları baş verib. Dronların Rusiyanın silahlı qüvvələrinə məxsus olduğu müəyyən edilsə də, Polşa hakimiyyəti susmağa üstünlük verir. Çünki, Ukraynadan sonra növbəti qurbana çevrilmək istəmir.

 Rüstəm Hacıyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
1
adalet.az

2Mənbələr