AZ

Paşinyan: Ermənistan öz təhlükəsizlik konsepsiyasını yenidən dərk etməlidir – ÖZƏL

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, təhlükəsizlik məsələlərində əsas amil həmrəyliyin məqsəd və məzmununun aydın şəkildə dərk edilməsidir. 

Olaylar.az xəbər verir ki, o, bu barədə sentyabrın 15-də keçirilən "Kompleks təhlükəsizlik və dayanıqlılıq 2025" beynəlxalq konfransında çıxışında danışıb.

Paşinyanın sözlərinə görə, təhlükəsizlik "tamamilə toxunulmaz olmaq" deyil, "öz zəifliklərini minimuma endirmək" prosesidir:
"Bizim vəzifəmiz zəif cəhətlərimizi mümkün qədər azaltmaq və onları maksimum qorumaqdır. Son illərdə təhlükəsizliyin təmin olunması və həssaslıqlarımızın azaldılması ilə bağlı anlayışımızda ciddi dəyişikliklər baş verib".

Baş nazir qeyd edib ki, əvvəllər Ermənistan təhlükəsizliyi üçün əsas alət kimi hərbi-siyasi ittifaqlara və orduya güvənirdi, lakin təcrübə göstərdi ki, bu model işləmədi. Onun sözlərinə görə, KTMT-nin mövqeyi dəfələrlə Ermənistanın gözləntilərinə cavab verməyib:
"KTMT Azərbaycanı Ermənistan qədər qardaş ölkə hesab etdi və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdi. Bu isə Qarabağın da Azərbaycan ərazisi sayıldığı anlamına gəlirdi. Rusiya prezidenti də 2020-ci ilin noyabr və dekabr aylarında Qarabağın beynəlxalq hüquq baxımından Azərbaycanın bir hissəsi olduğunu açıq şəkildə dedi".

Paşinyan əlavə edib ki, 2021-ci ilin mayında və 2022-ci ilin sentyabrında Ermənistan KTMT-yə müraciət etsə də, cavab olaraq "sərhədlərin delimitasiya olunmaması" bəhanəsi göstərildi:
"Bununla biz birbaşa sualla üz-üzə qaldıq: KTMT Ermənistanın ərazi bütövlüyünü tanıyırmı? Lakin bu suala cavab axtararkən daha da çətin bir sualla qarşılaşdıq - biz özümüz ərazi bütövlüyümüzü necə tanıyırıq? Hansı ərazi bütövlüyünü tanıyır və tərəfdaşlarımızdan bunun tanınmasını gözləyirik?" - deyə o vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
58
olaylar.az

1Mənbələr