AZ

Qalmaqallı qohumları yenidən həbs edildi – “SEE BREEZE”DƏ DAVA SALIB

[center]Qalmaqallı[/center]

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin sabiq rəhbəri, səfir Məhərrəm Əliyev və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin adı qalmaqallarla hallanan yaxın qohumu İsa Əzizov növbəti dəfə həbs edilib.Gununsesi.info-nun xəbərinə görə, İsa Əzizov bu dəfə “See Breeze” İstirahət Mərkəzində dava-dalaş salıb. Bu davadan sonra polis tərəfindən saxlanılan İsa Əzizov cinayət məsuliyyətinə cəlb olunub.

Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan seçilib. Dominos pizza

O, hazırda Bakıdakı 1 Saylı İstintaq Təcridxanasında saxlanılır. İsa Əzizov bu dəfə Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə təqsirli bilinir.

Xatırladaq ki, İsa Əzizov bir neçə il əvvəl Bakıda yanacaqdoldurma məntəqəsinin mühafizəçisini döydüyünə görə də həbs həyatı yaşamışdı.

Azadlığa çıxdıqdan sonra İsa Əzizov 2019-cu ildə yenidən həbsdə düşdü. Bu dəfə o, Bakının mərkəzindəki silahlı atışmada iştirak edib. Hadisə zamanı onları polisə tabe olmağa çağıran əməliyyatçılara bıçaqla hədə-qorxu gəlmişdi.

Qeyd edək ki, əvvəllər İsa Əzizovun Əliyevlərin bacısı oğlu olduğu barədə məlumatlar yayılsa da sonradan Adil Əliyev bunu təkzib edərək bildirib ki, İsa onların uzaq qohumudur.

Gununsesi.info

Seçilən
0
8
yenisoz.az

10Mənbələr