“Bu gün bizi “satqın” adlandırsalar da, bizim əməllərimiz nəticəsində 50 ildən, 100 ildən, 150 ildən sonra Ermənistan dövlət olacaq”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Mən bunu iki il əvvəl soruşurdum, indi soruşmuram, deyirəm ki, belə olacaq. Bu, ilk növbədə legitimlik strategiyasına görə olacaq”, - o qeyd edib
Paşinyan əlavə edib ki, Ermənistan müstəqilliyi dövründə heç vaxt indiki qədər təhlükəsizliyə malik olmayıb.