AZ

“Biz bunu birliyimizin gözəl bir örnəyi kimi xüsusi olaraq qeyd edirik”

Xalqcebhesi saytından alınan məlumata görə, ain.az bildirir.

“1918-ci il sentyabrın 15-də Bakının erməni, rus, daşnak, bolşevik və hər cür tör-töküntülərdən azad edilməsi Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir”.

Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

A.Həsrət vurğulayıb ki, həmin tarixdə bizim üçün xüsusi önəm daşıyan odur ki, qardaş Türkiyənin, o dövrdə Osmanlının əsgərləri Qafqaz İslam Ordusu adı altında azərbaycanlılarla, yerli əsgərlərlə çiyin-çiyinə bu Vətən üçün, bu dövlət üçün canlarını fəda etdilər: “Bu gün biz bunu birliyimizin daha gözəl bir örnəyi kimi xüsusi olaraq qeyd edirik. Azərbaycanın paytaxtı Bakı şəhərinin 1918-ci ildə azad edilməsindən sonra Xalq Cümhuriyyətinin paytaxtına çevrilməsi və bu günə qədər də dünyanın ən sayılıb-seçilən paytaxtlarından biri olması həm də o tarixlə ciddi şəkildə bağlıdır. Ümumiyyətlə, 1918-ci il, ondan sonrakı hadisələr, Bakının və digər şəhərlərimizin azad olunması – bunların hamısı Azərbaycan xalqının döyüş, mübarizə əzmini növbəti dəfə sübut etdi. Ona görə də düşünürəm ki, biz Azərbaycan vətəndaşları olaraq bu tarixi həm özümüz layiqincə yaşatmalı, həm də gələcək nəslə uyğun şəkildə ötürməliyik”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
icma.az

1Mənbələr