Sea Breeze
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin rəhbər şəxsləri üçün “Süni Zəka və İdarəçilik” mövzusunda təlim təşkil edilib.Təlimin əsas məqsədi rəhbərlərin süni zəkanın idarəetmədəki rolu ilə yaxından tanış olması, şəxsi inkişaf və komanda quruculuğunda təqdim etdiyi yeni imkanları kəşf etməsi, həmçinin təcrübə mübadiləsi apararaq bir-birindən öyrənməsinə şərait yaratmaq olub.Təlim zamanı iştirakçılara süni zəkanın ən son yenilikləri və idarəetmədə praktiki tətbiqləri təqdim olunub. Qeyd olundu ki, süni zəka rəhbərlərə gündəlik iş proseslərini sadələşdirmək, daha dəqiq qərarlar qəbul etmək, komanda idarəsini effektivləşdirmək və liderlik bacarıqlarını gücləndirmək üçün geniş imkanlar açır. Süni zəkanın artıq yalnız bir alət yox, həm də “rəqəmsal əməkdaş” rolunu üzərinə götürməsi, süni zəka əsaslı agentlərin yaradılması və rəhbərlərin vaxtını xırda, rutin tapşırıqlardan azad etməsi xüsusi diqqətə çatdırılıb.İşgüzar fəaliyyətdə süni zəkanın gücündən faydalanmaq, vaxtı daha dəyərli qərarlara sərf etmək və komandanın potensialını maksimuma çıxarmaq üçün ASAN İnnovativ İnkişaf Mərkəzinin təşkil etdiyi növbəti “Süni Zəka” təlimləri mühüm imkanlar təqdim edir. Bu təlimlər yalnız nəzəri biliklərlə kifayətlənmir, eyni zamanda dərhal tətbiq oluna biləcək praktiki bacarıqlar qazandırır.
ETX
ETX
Baku Water Week
ETX
Baku Water Week
ETX