AZ

Azərbaycanda səhiyyə sahəsində yeni dövlət standartı qəbul edildi

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO 7101:2025 “Səhiyyə təşkilatının idarə edilməsi – Səhiyyə təşkilatlarında keyfiyyəti idarəetmə sistemləri – Tələblər” dövlət standartı qəbul edilib.
 
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən Moderator.az-a verilən məlumata görə, yeni dövlət standartı səhiyyə müəssisələrində tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, müştəri məmnuniyyətinin təmin olunması və idarəetmə proseslərinin səmərəliliyinin artırılması məqsədilə keyfiyyətin idarə olunması sistemlərinə dair tələblər və meyarları müəyyən edir.
 
Qeyd edək ki, sözügedən dövlət standartının layihəsi “Keyfiyyət Assosiyasiyası” İctimai Birliyi tərəfindən ISO 7101:2023 “Səhiyyə təşkilatının idarə edilməsi – Səhiyyə təşkilatlarında keyfiyyəti idarəetmə sistemləri – Tələblər” (Healthcare organization management – Management systems for quality in healthcare organizations – Requirements) beynəlxalq standartı əsasında hazırlanıb və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ (TƏBİB) ilə razılaşdırılıb.
 
Nəticədə, “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 08) müvafiq qaydada təsdiq edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Seçilən
16
14
moderator.az

10Mənbələr