"Milan"ın yarımmüdafiəçisi Luka Modriç A Seriyasının 3-cü turunda "Bolonya" ilə matçda (1:0) qol vurub.
Operativ Media "Opta"ya istinadən xəbər verir ki, 40 yaşlı xorvatiyalı İtaliya çempionatı matçında qol vuran ən yaşlı yarımmüdafiəçi olub. Əvvəlki rekord 1961-ci ilin martında "Milan"ın keçmiş yarımmüdafiəçisi Nils Lindholm tərəfindən qeydə alınıb.
Modriç bu yay bir illik müqavilə ilə "Milan"a keçib.