AZ

Çaya çimməyə gedən 80 yaşlı qadını timsah apardı

ain.az, Lent az portalına istinadən məlumat yayır.

Malayziyanın Saravak ştatının 80 yaşlı sakini Tuaha Lamata timsahın hücumuna məruz qalaraq itkin düşüb. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, onu sonuncu dəfə sentyabrın 9-da evinin yaxınlığındakı körpüdə görüblər. O, çayda çimməyi planlaşdırıb. Yaxınları daha sonra sahildə onun dəsmalını və digər əşyalarını tapıblar.

Lamatın yaşadığı kəndin sakinləri qayıqlarla çayda axtarış aparıblar. Daha sonra yanğınsöndürmə və xilasetmə xidməti axtarışlara qoşulub. İtkin düşən qadın hələ də tapılmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
lent.az

1Mənbələr