AZ

Almaniya XİN: Bizə qarşı növbəti hərbi təzyiqlərə imkan verməyəcəyik

ain.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Rusiya bilməlidir ki, Avropa ona təzyiq göstərməyə imkan verməyəcək və bütün qüvvələrini işə salacaq. Bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful Polşa səmasında PUA ilə bağlı insidenti şərh edərkən deyib.

Məlumatı “Qazeta.ru” verib. 

“Rusiya bilməlidir: biz həmişə reaksiya verəcəyik. Bizə qarşı növbəti hərbi təzyiqlərə imkan verməyəcəyik, əksinə, biz öz gücümüzdən istifadə edəcəyik və azad dünyanın iqtisadi və siyasi qüvvələri güclüdür”, - Vadeful bildirib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin guya avropalıları “sınağa çəkir”. Nazir iddia edir ki, Rusiya lideri danışıqlar təkliflərini qəbul etmir və guya Ukraynadakı münaqişəyə son qoymaq istəmir. Bununla bağlı o, Moskvaya qarşı yeni sanksiyalar da daxil olmaqla, “birləşməyə və dəqiq reaksiya verməyə” çağırıb.

Sentyabrın 10-da Polşanın baş naziri Donald Tusk ölkə ordusunun respublikanın hava məkanını pozan ən azı 23 pilotsuz uçuş aparatının qeydə alındığını bildirib. Onlardan bir neçəsi məhv edilib. Ölkə hökumətinin başçısı insidentdə Moskvanı günahlandırıb və NATO Nizamnaməsinin 4-cü maddəsinə uyğun olaraq müttəfiqlərlə məsləhətləşmələr tələb edib. 

P.ƏmircanovXQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
xalqqazeti.az

2Mənbələr