AZ

Bizi “satqın” adlandırırırlar - PAŞİNYAN

“Bu gün bizi “satqın” adlandırırırlar, ancaq bizim əməllərimiz nəticəsində 50 ildən, 100 ildən, 150 ildən sonra Ermənistan dövlət olacaq”.

Modern.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan "Kompleks təhlükəsizlik və dayanıqlılıq 2025" beynəlxalq konfransında deyib.

Onun sözlərinə görə, bir ölkəni təhlükələrdən ancaq legitimlik sığortalaya bilər.

Paşinyan qonşularla normal münasibətlərin önəminə diqqət çəkib: “Bizim vəzifəmiz dövlətimizin təhlükəsizliyini təkcə bu gün deyil, 100 il sonra da təmin edəcək qərarlar qəbul etməkdir. Mən bunu iki il əvvəl soruşurdum, indi soruşmuram, deyirəm ki, belə olacaq. Bu, ilk növbədə legitimlik strategiyasına görə olacaq”.

Seçilən
39
7
modern.az

10Mənbələr