AZ

Qarabağda işlərin hamısı Azərbaycan dövlətinin daxili maliyyə resursları hesabına həyata keçirilir Deputat

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“İşğaldan azad edilən ərazilərdə bu qədər qısa müddətdə belə miqyaslı və intensiv şəkildə aparılan quruculuq işlərinə dünyanın heç bir yerində rast gəlinmir”.Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə deyib. O bildirib ki, Azərbaycan bu prosesə tamamilə sıfırdan başlamalı olub:“Çünki Ermənistanın törətdiyi vandalizm nəticəsində həmin ərazilər tamamilə dağıdılıb, infrastruktur tam sökülüb, kommunikasiya xətləri belə məhv edilib. Erməni vandalizmi o qədər amansız olub ki, onların yaşadığı evlərin özü belə, insan ləyaqətinə yaraşmayacaq dərəcədə acınacaqlı vəziyyətdə idi. Bunu dəfələrlə Prezident İlham Əliyev də qeyd edib. Azərbaycan xalqı bir daha sübut etdi ki, o, qurucu xalqdır. Qısa müddətdə minalardan təmizlənmə işləri aparıldı, infrastruktur və kommunikasiya xətləri bərpa edildi, yeni şəhər və kəndlər salındı. Tikilən yaşayış evləri müasir tələblərə cavab verir, insanların rahatlığı və rifahı tam nəzərə alınaraq inşa edilir. Prezidentin təşəbbüsü ilə bu ərazilərdə “yaşıl enerji”, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına əsaslanan layihələrin icrası, bütövlükdə, dünyada bu sahədə yeni bir nümunə yaradır”.Deputat əlavə edib ki, bu torpaqlarda gələcək üçün real perspektivlər formalaşdırılır:“Qarabağ Universitetinin təsis olunması və qısa zamanda Tibb və Sağlamlıq Elmləri Fakültəsinin açılması bu təhsil müəssisəsinin gələcəyinin çox parlaq olacağından xəbər verir. İşğaldan azad edilmiş ərazilərdə məktəblər, uşaq bağçaları, sənaye zonaları, xidmət sahələri yaradılır, iqtisadi və sosial infrastruktur bərpa olunur. Bu miqyasda quruculuq işlərinin aparılması təkcə regional deyil, qlobal səviyyədə nadir hadisədir. Bu işlərin hamısı Azərbaycan dövlətinin daxili maliyyə resursları hesabına həyata keçirilir. Əksər münaqişə yaşamış bölgələrdə bərpa proseslərinə beynəlxalq maliyyə qurumları və inkişaf etmiş ölkələr tərəfindən dəstək göstərilsə də, Azərbaycan bu dəstəyi görmədən, tamamilə öz gücü hesabına bu titanik işləri reallaşdırır. Bütün bunların arxasında bir gerçək dayanır Azərbaycan xalqı öz köklərinə sadiq, eyni zamanda müasir dövlət quruculuğu potensialına sahib bir xalqdır. Və xalqın arxasında dayanan, onu düşünən, sevən və gələcəyə doğru uğurla aparan bir lideri var –  Prezident İlham Əliyev. Bu liderlik, bu qətiyyət və bu milli birliyimiz sayəsində Azərbaycan yalnız işğaldan azad olunan torpaqlarını deyil, həm də gələcəyini qurur”.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
1
demokrat.az

2Mənbələr