AZ

Tramp: Rusiya, ABŞ və Ukrayna sammiti tezliklə baş tuta bilər

ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında Amerika tərəfinin vasitəçiliyi ilə danışıqların tezliklə baş tutacağını bildirib.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, o, bunu Nyu Cersi ştatının Bedminster şəhərində jurnalistlərlə söhbəti zamanı deyib.

“Bilmirəm, görüş nə vaxt baş tuta bilər. Nisbətən tezliklə. Biz bu və ya digər şəkildə bu məsələni həll edəcəyik, lakin nisbətən tezliklə”- deyə, o qeyd edib.

Ondan növbəti mərhələnin ABŞ-ın iştirakı ilə keçiriləcək sammit olub-olmayacağına aydınlıq gətirməsi istənilib. Donald Tramp cavab verib ki, sammit və ya görüş adlandırılmasından asılı olmayaraq, “danışıqlar olacaq”. O, həmçinin Vladimir Putin və Vladimir Zelenskinin bir-birlərinə o qədər nifrət etdikləri barədə fikir bildiriblər ki, ünsiyyət qura bilmirlər.

Seçilən
12
ikisahil.az

1Mənbələr