AZ

İranlılar onlarla şəhərdə kütləvi aksiya keçirdi

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

2022-ci ilin sentyabr ayının 16-da İranda məcburi hicaba qarşı başlayan kütləvi etiraz aksiyalarının üçüncü ildönümündə xaricdə yaşayan mühacir iranlılar bir neçə ölkədə İran hökumətinə qarşı etiraz aksiyaları keçiriblər.

Axar.az xəbər verir ki, bu haqda xarici media və insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, ən izdihamlı aksiyalar Haaqa, Brussel, Frankfurt, Sidney, Melburn, Kalqori, Montreal, Los-Anceles və Vaşinqtonda keçirilib.

İran hökumətinin qadın və qızlara qarşı təzyiqlərinə və fərqli düşünənlərə qarşı repressiyalarının davam etdiyinə diqqət çəkən etirazçılar beynəlxalq ictimaiyyəti Tehran hökumətinin repressiv siyasətlərinə qarşı çıxmağa çağırıblar.

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayında başlayan və aylarla davam edən etiraz aksiyalarında 600-ə yaxın şəxs öldürülüb, 20 mindən çox etirazçı isə həbs edilib.

Saxlanılanlardan bəziləri barəsində edam hökmü çıxarılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
2
axar.az

3Mənbələr