AZ

Yaz sessiyasında səhiyyə komitəsində 18 məsələ müzakirə olunub - Deputat

Milli Məclisin yaz sessiyası və sonrakı iclaslar çərçivəsində səhiyyə komitəsinin 13 iclası keçirilib, ümumilikdə 18 məsələ müzakirə olunub. Bu məsələlərdən 5-i qanun layihələri ilə bağlı olub. Bu barədə deputat Əhliman Əmiraslanov  Milli Məclisin 2025-ci il yaz və növbədənkənar sessiyaları dövründə Səhiyyə komitəsində görülən işlər barədə hesabatı təqdim edərkən deyib.

Əmiraslanovun sözlərinə görə, müzakirə olunan əsas istiqamətlərdən biri tibbi sığorta sistemi və dərman vasitələri ilə bağlı məsələlər olub.

O qeyd edib ki, tibbi sığorta bütövlükdə əhalinin maraq dairəsində olan mövzudur.

“Dərman vasitələrinin keyfiyyəti və əlçatanlığı cəmiyyəti narahat edən əsas problemlər sırasındadır. Bu istiqamətdə qanunvericiliyə dəyişikliklər edirik və bu proses gələcəkdə də davam etdiriləcək,” –  deputat bildirib.

Deputat bildirib ki, hesabat dövründə komitəyə 150 müraciət daxil olub. Müraciətlərin bir qismi yerində, digər qismi isə aiddiyatı üzrə yönləndirilib. 

Gülnar Nazimqızı

Seçilən
1
1
anews.az

10Mənbələr