BAKI, 15 sentyabr. TELEQRAF
2024-cü ildə Qaz Emalı Zavodunda faktiki olaraq 3377,5 milyon kubmetr təbii qaz emal olunub.
Teleqraf şirkətin ötən il üzrə hesabatına istinadən xəbər verir ki, ötən il emal proqnoz göstəricilərinə nisbətən 3.6% az olub. 2023-cü ildə isə proqnozdan 0,1% çox qaz emal olunub.
2024-cü il ərzində zavodda 3326,7 milyon kubmetr təmizlənmiş təbii qazla yanaşı, 12,2 min ton texniki butan və 26,0 min ton qaz benzini istehsal edilib.