AZ

Paşinyan: “KTMT Ermənistanın ərazi bütövlüyünü tanıyır?”

“Təhlükəsizlik gündəliyi nöqteyi-nəzərindən birlik çox vacibdir, lakin biz çox vaxt vacib bir məsələni unuduruq. Birliyin və  onun məqsədinin nə olduğunu aydın başa düşmək lazımdır”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu sentyabrın 15-də “İnteqrasiya edilmiş təhlükəsizlik və dayanıqlılıq 2025” beynəlxalq konfransında çıxışı zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

"Əslində, danışılası bir şey var, təhlükəsizlik deyəndə nəyi nəzərdə tutduğumuzu bilmək lazımdır. Mənim anlayışımda təhlükəsizlik insanın öz zəifliyini azaltması prosesidir. Deyə bilərik ki, bu, toxunulmazlıq arzusudur, lakin mütləq toxunulmazlıq yoxdur. Hətta Axilles və onun dabanı toxunulmaz deyildi. Bizim vəzifəmiz mümkün qədər dabanımızı qorunmaqdır.

Əvvəlki dövrdə biz zəifliyimizi azaltmaq üçün əsas alətlərin hərbi-siyasi ittifaqlar və ordu olduğuna inanırdıq. Lakin tariximiz göstərdi ki, bu düstur nə birinci, nə də ikinci bənddə işləyir. 

Birincidə üç dəfə nəticə vermədi. Birincisi, KTMT Azərbaycanın onun üçün Ermənistan Respublikası kimi qardaş dövlət olduğunu və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdi. Bizə elə gəlirdi ki, biz bu təkliflə heç vaxt qarşılaşmamışıq.

KTMT-nin həmişə Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyü nəzərdə tutulması faktı Rusiya Prezidenti tərəfindən 2 dəfə- 2020-ci il noyabrın 18-də və dekabrın 17-də Dağlıq Qarabağ ərazisinin beynəlxalq hüquq baxımından Azərbaycanın tərkib hissəsi olduğu, həmişə belə hesab edildiyi bəyanatında təsdiqlənib. 

Başqa sözlə, bu ilkin təhlükəsizlik, hərbi-siyasi birlik konsepsiyası Dağlıq Qarabağ ətrafında baş verən hadisələr kontekstində işləmədi.Diqqətli olsaydıq, bundan heç nə çıxmayacağını əvvəlcə təxmin edə bilərdik”, - Paşinyan bildirib.

Onun fikrincə, ikinci hal 2021-ci ilin may ayı, üçüncüsü 2022-ci ilin sentyabrında Ermənistan Respublikası “ərazi bütövlüyünün pozulması” ilə bağlı KTMT-yə müraciət edəndə olub: 

“KTMT cavab verdi ki, sərhədlər delimitasiya olunmayıb, ona görə də Ermənistan Respublikasının ərazisinə təcavüz olub, olunmaması hələ sualdır. Biz sadə bir sualla üz-üzə qaldıq:

KTMT Ermənistan Respublikasının ərazi bütövlüyünü tanıyırmı? Ancaq bu suala cavab verməyə və ya cavab tapmağa belə vaxtımız olmadı ki, birdən bizim üçün gözlənilmədən başqa, ağlasığmaz görünən sual yarandı. O sual bu idi ki, biz öz ərazi bütövlüyümüzü tanıyırıq, ya yox? Təbii ki, biz bunu tanıyırıq, bir ölkə öz ərazi bütövlüyünü necə tanımır, bəs bu necə ərazi bütövlüyüdür ki, biz KTMT üzrə tərəfdaşlarımızdan bunun tanınmasını gözləyirik?",- deyə Paşinyan vurğulayıb.

Seçilən
9
cebheinfo.az

1Mənbələr