AZ

Husilər İsraildəki hədəfləri vurdular

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla  xəbər verir ki, Yəməndə hakimiyyətdə olan husilər İsrail ordusunun Neqev səhrasındakı hərbi obyektinə və Eylatdakı Ramon aeroportuna hücum ediblər.

Bu barədə husilərin hərbi qanadının təmsilçisi Yəhya Saria məlumat verib. Saria deyib: "Yəmənin Silahlı Qüvvələri 4 ədəd PUA vasitəsi ilə uğurlu əməliyyat keçiriblər. Onlardan üçü Umm Ər Raşraş rayonundakı Ramon aeroportunu, dördüncüsü isə Neqev bölgəsindəki hərbi hədəfi hədəfə alıb. Hücumlar uğurla nəticələnib".

İsrail hücumun nəticələri barəsində açıqlama verməyib.

Xatırladaq ki, şənbə günü husilər Tel-Əvivdəki hədəfi hipersəs raketi ilə vurublar.

Hürr Tərcüman

Seçilən
27
hurriyyet.az

1Mənbələr