AZ

Azad edilmiş ərazilərin qazlaşdırılması üzrə görülən işlər açıqlanıb

Bakı. Trend:

Hazırda Cəbrayıl rayonu Xudafərin qəsəbəsində yeraltı daşıyıcıqaz kəmərlərinin tikintisi işləri davam etdirilir. Qəsəbənindaşıyıcı qaz kəmərinin 25,9 km hissəsi çəkilib. İşlər 91% icraolunub.

Bu barədə Trend Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)2024-cü ilin hesabatına istinadən xəbər verir.

Məlumata görə, Kəlbəcər rayonunun Zar kəndində daşıyıcı qazkəmərinin çəkilməsi üçün 11 425 metr polietilen yeraltı daşıyıcıqaz kəməri çəkilib. İşlər 100% icra olunub.

Kəlbəcər rayonu, “İstisu” mineral su zavodunun qazlaşdırılmasıüçün 730 metr polad borularla qaz xətti çəkilib. İşlər 100% icraolunub.

Kəlbəcər rayonu, “İstisu” Müalicə İstirahət Kompleksininqazlaşdırılması üçün 3336 metr polietilen borular qaynaq edilib.İşlər 97% icra olunub.

Ağdərə rayonu Həsənriz kəndində daxili paylayıcı qazkəmərlərinin çəkilməsi üçün 10972 metr polad və 5220 metrpolietilen daşıyıcı qaz kəməri çəkilmiş, 90 fərdi evin daxili qazxətləri və qaz sayğacları quraşdırılıb. İşlər 100% icra olunub.

Xankəndi şəhərində “Azəriqaz” İB tərəfindən şəhərdaxili 53,5 kmqaz kəməri hava vasitəsi ilə kipliyə sınaqdan keçirilib. 18 binada340 mənzilə qaz sayğacı quraşdırılıb. Xankəndi şəhərində 31 binada819 mənzilə təbii qazın verilməsi təmin edilib. İlk dəfə qazınverilməsi 17 oktyabr 2024-cü il tarixində olunub. 15 ədəd binanınqaz xətləri (sayğaca qədər) kipliyə və möhkəmliyə yoxlanılıb.

Xocalı rayonunun Ballıca kəndində müxtəlif diametrli qazxətlərinin 2,3 km hissəsi təmir olunub, kəndə gedən müxtəlifdiametrli qaz xətlərinin 3 km hissəsi isə kipliyə və möhkəmliyəyoxlanılıb. 13 dekabr 2024-cü il tarixindən etibarən 49 abonenttəbii qazla təmin edilib.

Seçilən
9
6
az.trend.az

7Mənbələr