Yetkinlik yaşına çatmayanların hüquqları ilə bağlı qanunvericiliyə dəyişiklik edilir.
"Cebheinfo.az" xəbər verir ki, bu, Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsində öz əksini tapıb.
Qeyd edilib ki, sözügedən Qanuna əsasən, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların adı dəyişdirilərək uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar kimi müəyyən edilib.
Həmçinin komissiyaların səlahiyyətlərində müvafiq dəyişikliklər edilib, o cümlədən himayədar ailəyə verilmiş uşaqlar, habelə Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək – valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar istisna olmaqla, digər hallarda uşaqlar üzərində qəyyumluq və himayəçilik orqanının funksiyaları komissiyalara həvalə edilib.
Bununla əlaqədar sözügedən qanunlarda dəyişiklik edilməsinə zərurət yaranıb.
"Cebheinfo.az"