AZ

Səhiyyə xidmətlərinin keyfiyyəti artırılacaq

Yazını böyüt
Yazını kiçilt

Bu istiqamət yeni dövlət standartı qəbul edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO 7101:2025 “Səhiyyə təşkilatının idarə edilməsi – Səhiyyə təşkilatlarında keyfiyyəti idarəetmə sistemləri – Tələblər” dövlət standartı qəbul edilib.

AZSTAND-dan hafta.az-a verilən məlumata görə, yeni dövlət standartı səhiyyə müəssisələrində tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, müştəri məmnuniyyətinin təmin olunması və idarəetmə proseslərinin səmərəliliyinin artırılması məqsədilə keyfiyyətin idarə olunması sistemlərinə dair tələblər və meyarları müəyyən edir.

Qeyd edək ki, sözügedən dövlət standartının layihəsi “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi tərəfindən ISO 7101:2023 “Səhiyyə təşkilatının idarə edilməsi – Səhiyyə təşkilatlarında keyfiyyəti idarəetmə sistemləri – Tələblər” (Healthcare organization management – Management systems for quality in healthcare organizations – Requirements) beynəlxalq standartı əsasında hazırlanıb və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ (TƏBİB) ilə razılaşdırılıb. Nəticədə, “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 08) müvafiq qaydada təsdiq edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Seçilən
38
14
hafta.az

10Mənbələr