AZ

Türkiyə Müdafiə Nazirliyi: “Azərbaycanla bir ürək, bir yumruq kimi olacağıq”

Türkiyə Milli Müdafiə Nazirliyi Bakının erməni-bolşevik işğalından azad olunmasının 107-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib.

Ölkə.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

Paylaşımda deyilir: "Bakının işğaldan azad edilməsinin 107-ci ildönümünü təbrik edirik. Nuri (Killigil) Paşanı və və onun komandanlığı altında olan Qafqaz İslam Ordusunun qəhrəman şəhid və qazilərini rəhmət və ehtiramla yad edirik. Azərbaycan türkü qardaş və bacılarımızı bu özəl gün münasibətilə ürəkdən təbrik edirik.

107 il öncə olduğu kimi, bu gün də Azərbaycan türkü qardaşlarımızla bir ürək, bir yumruq kimi olmağa davam edəcəyik”.

Mürtəza

Seçilən
1
olke.az

1Mənbələr