AZ

Azərbaycanda vərəmlə bağlı ictimai dinləmə keçiriləcək

Milli Məclisdə vərəmlə mübarizə və onun həlli yollarına dair dinləmələrin keçirilməsi planlaşdırılır. Bu barədə parlamentin Səhiyyə komitəsinin sədri, deputat Əhliman Əmiraslanov Milli Məclisin Səhiyyə komitəsinin 2025-ci ilin payız sessiyası üçün iş planının layihəsini təqdim edərkən deyib.

Əmiraslanovun sözlərinə görə, mövcud mübarizə tədbirlərinə baxmayaraq, vərəmə yoluxma hallarında artım müşahidə olunur.

 “Hazırda həm müalicəyə tabe olan, həm də davamlı (müalicəyə tabe olmayan) vərəm növləri dünyada və regionda yayılmaqda davam edir,” –  deputat bildirib.

O qeyd edib ki, bu istiqamətdə dərman təminatı və təşkilati məsələlərin aidiyyəti qurumlarla birgə müzakirəsi zəruridir.

 “Effektiv nəticə əldə etmək üçün müvafiq qurumlarla koordinasiyalı fəaliyyət vacibdir,” – Əmiraslanov vurğulayıb.

Gülnar Nazimqızı

Seçilən
0
anews.az

1Mənbələr