AZ

“Atalanta”da baş məşqçi dəyişikliyi gündəmdədir

İtaliya A seriyası təmsilçisi “Atalanta” baş məşqçi postunda dəyişiklik edə bilər.

İdmanxeber.az “Tuttosport”a istinadən xəbər verir ki, Berqamo klubu hazırkı çalışdırıcı İvan Yuriçin çıxışından narazıdır və alternativ olaraq Nuno Eşpirito Santonun namizədliyini nəzərdən keçirir.

51 yaşlı portuqaliyalı mütəxəssis son olaraq İngiltərə Premyer Liqasında “Nottingem Forest”i çalışdırıb. O, daha əvvəl “Rio Ave”, “Valensiya”, “Porto”, “Vulverhempton”, “Tottenhem” və Səudiyyə Ərəbistanının “Əl-İttihad” klublarında da işləyib.

Seçilən
19
idmanxeber.az

1Mənbələr