BAKI, 15 sentyabr. TELEQRAF
Bakının işğaldan azad edilməsinin 107-ci ildönümü ilə əlaqədar Azərbaycanın paytaxtındakı Türk Şəhidliyində mərasim keçirilib.
Teleqraf xəbər verir ki, mərasimdə Türkiyənin Baş Qərargah rəisi, ordu generalı Səlcuq Bayraktaroğlu da iştirak edib.
General Bayraktaroğlu şəhidliyin xatirə dəftərində bu sözləri yazıb:
“Ürəyinizdə millət sevgisi ilə dost və qardaş Azərbaycanın torpaqlarını işğal edən düşmənlərə qarşı qardaşlarınızın azadlığı uğrunda canınızı fəda edərək şəhidlik rütbəsinə çatdınız.
Siz bir millətin iki qardaş dövləti arasında keçmişdən bu günə qədər uzanan sarsılmaz körpüyə çevrildiniz. Sizin tikdiyiniz bu körpünün sayəsində biz Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz kimi hiss edirik və yaşayırıq.
Burada çiyin-çiyinə vuruşduğunuz, azadlığı uğrunda canından keçən azərbaycanlı qardaşlarınızla bir daha çiyin-çiyinəsiniz. Müstəqilliyi uğrunda şəhid olduğunuz bu vətən və rəmzinə çevrildiyiniz qardaşlığımız əbədi qalacağı üçün əbədi məkanınızda rahat uyuyun.
Bu münasibətlə mən də Bakının işğaldan azad edilməsinin 107-ci ildönümünü qeyd edirəm. Sizin dastanlaşan fədakarlıq və qəhrəmanlıqlarınızı minnətdarlıq və ehtiramla xatırlayır, əziz xatirələriniz qarşısında baş əyirəm”.