AZ

Məhkəmə Məhəmməd Mirzəlini 6 il 6 ay azadlıqdan məhrum edib

Fransada yaşayan bloqer Məhəmməd Mirzəlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Ölkə.az-ın "Report"a istinadən xəbərinə görə, Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsaəsən, Məhəmməd Mirzəli qiyabi olaraq kütləvi ixtişaşa çağırış)və dövlət əleyhinə açıq çağırışlar ittihamı təqsirli bilinib Cinayət Məcəlləsinin 220.2-ci maddəsi ilə 2  il 6 ay, Cinayət Məcəlləsinin 281.1-ci maddəsi ilə 4 il 6  ay müddətə azadlıqdan məhrum etmə cəzasını məhkum edilib. Onun cəzaları qismən toplamaq yolu Məhəmməd Mirzəli qəti olaraq 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib

Qeyd edək ki, M.Mirzəli barəsində qiyabi icraat aparılıb. O, istintaqa dəvət olunmasına baxmayaraq gəlməyib və onun barəsində cinayət işi qiyabi icraatda baxılıb.

Seçilən
19
8
olke.az

9Mənbələr