AZ

"Mançester Yunayted"də baş məşqçi dəyişikliyi gözlənilir?

"Mançester Yunayted" klubunun rəhbərliyi "Aston Villa"nın baş məşqçisi Unay Emerini hədəfə alıb.

İdman.biz "Give Me Sport"a istinadən xəbər verir ki, ispan məşqçi Ruben Amorimi əvəzləmək üçün planlar nəzərdən keçirilir.

Mənbənin bildirdiyinə görə, 2025/2026 mövsümünə uğursuz start fonunda "Birmingem" klubunda Emerinin işindən narazılıq artır, bu isə “şeytanlar”ın Unayı komandaya cəlb etməsinə kömək edə bilər.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının dörd ilk turundan sonra "Yunayted" 4 xalla turnir cədvəlində 14-cü yerdədir. "Aston Villa" isə 2 xalla 19-cu pillədə qərarlaşıb. Amorim keçən ilin noyabrında "Mançester Yunayted"in baş məşqçisi təyin olunub. Əvvəllər isə "Sportinq"də çalışıb. Emeri isə "Sevilya", "Vilyarreal" və "Spartak"dakı işləri ilə tanınır.

İdman.biz

Seçilən
17
idman.biz

1Mənbələr