İran Prezidenti Məsud Pezeşkian müsəlman ölkələrinin İsrailin hərəkətləri qarşısında birlik nümayiş etdirməli olduğunun deyib.
Missiya.Az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
“Müsəlmanlar həmrəy olsalar, sionist rejim ölkələrimizə hücum etməyə və beynəlxalq hüququ pozmağa cəsarət etməyəcək”,- Pezeşkian əlavə edib.
Onun fikrincə, müsəlman ölkələri İsraillə əlaqələri kəsmək üçün iqtisadi, mədəni və sosial sahələrdə əməli tədbirlər görməlidir.
İlahə QənbərliMissiya.Az